tanriyolu
  HICAB QADININ NAMUSUDUR
 
1. Hamı kimi, hicablı xanımın da geyindiyi paltarlar halal pulla alınmalıdır. Belə ki, haram yolla əldə olunan mallar ibadətin qəbul olunmamasına səbəb olur.

2.Paltarlar halal olmaqla yanaşı, qəsb yol ilə də əldə olunmamalıdır. Yəni istifadəsinə icazə alınmalı və zor gücünə kimdənsə alınmamalıdır.

3.Paltarın halallığı ilə yanaşı, təmizliyinə də diqqət yetirmək lazımdır. Lakin təmizlik dedikdə onların şəri baxımından murdar olmaması nəzərdə tutulur. 

4.Xanımlar istifadə etdikləri geyim və hicab formasının yaşadıqları cəmiyyətə uyğun olmasına diqqət yetirməli və qeyri-adi tərzdə geyinməməlidirlər.

5. Hicablı xanımların geyim tərzi diqqəti cəld edəcək formada olmamalıdır. Yəni dar şalvar, qısa köynək və ya manto bədəni örtsə də, başqalarının diqqətini cəlb etdiyi üçün istifadə olunmamalıdır.

6.Zövqlü və cəlbedici geyinmək istəyən qadın bunu yalnız ərinin yanında etməlidir. Bu, xanımların istifadə etdikləri ətriyyata və kosmetik vasitələrə də aiddir.
 
 
 
 
Müəllif:Rihanna18







                                                   HICABA QARSI CIXANLARA YOX DEYEK

 

Müqəddəs kitab Quran buyurur:" Biz nadanları axmaqlardan qərar vermişik"

Azərbaycanda faktik olaraq Aşura mərasiminin qadağan edilməsi ölkə dindarlarının əhəmiyyətli bir kəsiminin ciddi narazılığı ilə qarşılandı. Baxmayaraq ki, bu, ölkə dindarlarının narazı qaldığı yeganə hal deyil. “Dini etiqad azadlığı” haqqında qanun, ilahiyyatçıların fikrincə, dindar kəsimin hüquqlarını xeyli dərəcədə məhdudlaşdırır. Onu da vurğulayaq ki, Azərbaycanda məscidlərin bağlanması, azana qoyulan məhdudiiyyət, hicab problemi və digər təzyiqlər dindar insanların problemlərinin mövcud olduğuna bariz nümunədir.

Əgər problem varsa, o həll olunmalıdır. Əks təqdirdə yalnız qadağalar yolu ilə nəyisə həll etmək mümkün olmayacaq və bu, dindarların daha da radikallaşmasına gətirib çıxaracaq. Məscidlərə inanclı insanların toplanmasına qoyulan qadağalar isə onların nəzarətdən kənar yerlərdə toplanması ilə müşayiət oluna bilər. İstər İran, istərsə də Türkiyədə vaxtilə dini məsələlərdə buraxılan kobud səhvlər siyasi islama stimul vermiş oldu. Nəzərə alsaq ki, Azərbaycan iqtisadi böhran içərisindədir və sosial problemlər həll olunmur, deməli, sosial ədalətin böyük önəm verildiyi islam ideologiyasının populyarlaşmasını da gözləmək olar. Digər tərəfdən əhalinin dini inanclarının nəzərə alınmaması da dini müstəvidə radikallaşma vəd edir.

Hicab qadağası Pəhləvilərin sonu oldu

Vaxtilə Rza şah Pəvləvinin İranda hicabı qadağan edən addımları onunla sonuclandı ki, Xorasanda olan Qövhərşad məscidi və Məşhəd alimləri hicabın qadağan edilməsinə etiraz edərək kütləvi aksiyalara başladılar. Rza şaha qarşı başlanan Qövhərşad qiyamında çoxsaylı insan qətlə yetirildi və onlarla fəal alim həbs edildi. Rza şah anlayırdı ki, hicabı qadağan etmək üçün ilk növbədə öz ailələrindən başlamalıdırlar. Onun fikrincə, ərin öz arvadının hicabsızlığı ilə müxalifət etməsi hicab qadağasının əsas amilinin inkişaf etməsinə mane olur. Ona görə də ilk növbədə ailə başçısının zehnini dəyişdirmək lazımdır. Sonra bu məsələni qanunlaşdıraraq, rəsmiyyətə salmaq lazımdır. Bunun üçün dövlət işçilərindən başladılar. Çünki onlar dövlətin nəzarəti altında idilər. Bundan başqa onların vasitəsilə bu dəyişikliyi etmək cəmiyyətin başqa üzvlərinə də təsir qoya bilərdi.


Beləliklə, Rza şahın şahlıq rejiminin üçüncü ilində Milli Şura hicabın qadağan edilməsinə aid qanun qəbul etdi. Baxmayaraq ki, qanunda ruhanilər, din alimləri, imam-cümələr və sair ailələr üçün istisnalar vardı, bu qanunun həyata keçirilməsi Tehranda və bir çox şəhərlərdə müqavimətlə üzləşdi. Ruhanilər də bu müqavimətlərə rəhbərlik edirdilər. Bu proses dərinləşməkdə davam etdi, cəmiyyətdə münaqişələrə gətirib çıxardı və son nəticədə ölkədə islam inqilabı qələbə çaldı.

Atatürkün dini qadağaları

Mustafa Kamal Atatürk 1924-cü ildə Türkiyədə dini təsisatları ləğv edir və göstəriş verir ki, islama aid bütün məlumatlar məktəb dərsliklərindən silinsin. Dinə qarşı sərt siyasətini davam etdirəm Atatürk dinin cəmiyyətdən ayrı olduğu “laik” bir sistem yaradır. O, sistemi möhkəmləndirmək məqsədilə kişilər və qadınlar üçün xüsusi geyim müəyyənləşdirir və hicabı hər yerdə qadağan edir. Hazırda da Türkiyənin təhsil sistemində bu sistem tətbiq olunmaqdadır. Müsəlmanların dəfərlərlə etirazlarına baxamayaraq hicablı qızların təhsil müəssisələrinə daxil olması qadağandır. Bu baxımdan indinin özündə də Türkiyə cəmiyyətində dini qadağalar qarşıdurma mənbəyi olaraq qalmaqdadır.

Türkiyədə islamın sıxışdırılması anormal “yeniliklərlə” müşayiət olunurdu. Bu istiqamətdə “dində islahat” adı altında “türkcə ibadət” və “türkcə azan” tələbi irəli sürüldü. Buna ilk cəhd 1926-cı ildə “Göztəpə” məscidinin rəhbəri Cəmaləddin Əfəndi üzərindən reallaşdırılmağa çalışıldı. Cəmaləddin Əfəndi 1926-cı ilin Ramazan ayında ilk dəfə türkcə namazı qılmağa başladı. 1928-ci ildə İsmayıl Haqqı Baltacıoğlu tərəfindən hazırlanan “Dini islah bəyannaməsi”ndə ibadətlərin türkcələşdirilməsi, hətta yenidən təşkil edilməsi nəzərdə tutulurdu. Baltacıoğlu “Quran” tərcüməsi və “ibadətdə islahat” işlərində aktiv vəzifə tutmuşdu. Cümhuriyyət Xalq Partiyası (CHP) fəallarından olan Baltacıoğlu “Qurani-Kərim”dən bəzi ayələrin çıxarılmasından tutmuş məscidlərə ayaqqabılarla girilə biləcəyinə qədər, xeyli sayda radikal tələbi gündəmə gətirdi.

Bu vaxt siyasi iqtidar - CHP də boş dayanmırdı. Bir tərəfdən türkcə xütbələr hazırladıb “Qurani-Kərim”i türkcəyə çevirtdirir, digər tərəfdən də ibadətlərin türkcələşdirilməsi proyekti üçün xalqın “nəbzini” yoxlayırdı.

1932-ci ilin Ramazan ayında başlayan “Dində islahat” cəhdləri çərçivəsində ilk dəfə türkcə azan səsləndirildi. 29 yanvarda “Fateh” məscidinin minarəsindən yüksələn ilk türkcə azanı səsləndirən Hafiz Rıfatın əlində olan kağıza baxaraq yeni azanı oxuması isə türkcə azanı əzbərləməyə belə, fürsət verilmədiyinin rəsmi dəlili idi. Hazırlanmış konkret bir qanunun olmamasına baxmayaraq, yüzlərlə adamı azanı orijinal halında oxuduğu, ya da bunu istədiyi üçün cəzalandırırdılar.

Sonda ölkənin bütün məscidlərində azanlar, təkbir və dualar türkcə oxunmağa başlayır. Ərəbcə azan qadağası 2 iyun 1941-ci ildə çıxarılan 4055 saylı qanunla rəsmiləşir. Bu qanunun səbəbi kimi, “ərəb dilinin köhnə zehniyyətə, köhnə ənənələrə bağlayan təsirlərindən xalqı qurtarmaq” mövzusunun əhəmiyyətinə işarə edilirdi. Azanın ərəbcə oxunması 1941-ci ildə qadağan edildikdən sonra Türkiyədə bir sıra qarışıqlıqlar yarandı. Xüsusilə İkinci Dünya müharibəsi illərində bu qanuna və qadağaya baxmayaraq azanı ərəbcə oxuyanların həbslərə atılması dövlət-vətəndaş əlaqələrində gərginliyə səbəb oldu.

1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiyası iqtidarının hələ on beşinci günü tamam olmadan bu qanunu aradan qaldırmaq üçün müvafiq işlərə başladı. 13 iyun 1950-ci ildə, Ramazan ayı ərəfəsində Türkiyə Böyük Millət Məclisində ərəbcə azan qadağası aradan qaldırıldı. Azanın ərəbcə oxunması yolundakı qadağanın qaldırılmasından sonra müəzzinlər azan və iqaməni istər türkcə, istərsə də ərəbcə oxuya bilərdilər. Ancaq o gündən bu yana azan və iqamə heç bir məsciddə, heç bir vaxt türkcə oxunmadı. Lakin bu gün də dövlət işində çalışanlar üçün iş zamanı ibadətə icazə verilmir. Bu isə ölkədə islamçı təşkilatların nüfuzunun artmasına səbəb olur və dünyəvilik tərəfdarları olan siyasi partiyalar islam düşməni kimi yaddaşlara yazılır.

Qadağalar nə verəcək?

Azərbaycanda islam dininin fəal tərəfdarları günü-gündən güclənir. İslama rəğbət bəsləyənlərin, onu öyrənmək istəyənlərin sayı artır. Bu gün islamçılarla iqtidar arasında ilk baxışda bir uçurum hiss olunur. Lakin unutmaq lazım deyil ki, uçurum yalnız islamçılarla iqtidar arasında deyil. Hakimiyyət bütün rəqibləri ilə körpülərini yandırıb. Siyasi proseslərin mahiyyətini dərk etməyən iqtidar zorakılığı özünün qələbəsi sayır və indi eyforiya həddindədir. Hakimiyyət hesab edir ki, neft və geosiyasi amilləri rüşvət verməklə beynəlxalq gücləri ələ aldığı üçün qanunlara məhəl qoymaya bilər. Bu düşüncə ilə müxalifət də əzilib və bu düşərgənin liderləri rüsvay edilib. Artıq siyasi müxalifət rejim üçün heç bir təhlükə törətmir. Amma digər tərəfdən cəmiyyət görür ki, ənənəvi müxalifət sıradan çıxıb və ictimai rəy yeni liderlərin ortaya çıxmasını gözləyir. Bəzən bu yeni simalar islamçıların sırasından gözlənilir.


Təbii ki, Qərb siyasi dairələrində Azərbaycanda gedən siyasi prosesləri dərindən izləyir və hakimiyyətə qarşı hansı siyasi qüvvələrin çıxa biləcəyini də ehtimal edirlər. Odur ki, cəmiyyətin özündə sağlam alternativ yaranmasını gözləyirlər. Qərbin bəzi dairələri ənənəvi müxalifətə dəstək verməkdə tərəddüd edir. Orada anlayırlar ki, yaxın gələcəkdə siyasi proseslər yeni siyası güc mərkəzlərinin meydana çıxması ilə nəticələnəcək. Hakimiyyət isə Qərbə belə bir fikir aşılamaq istəyir ki, mövcud hakimiyyətin siyasi arenadan gedəcəyi təqdirdə ənənəvi müxalifətin reabilitasiyası mümkün olmayacaq və hakimiyyət islamçıların əlinə keçəcək. Belə bir qüvvənin hakimiyyətə gəlişinin nəticələri isə Qərb üçün son dərəcə ağır ola bilər.

İqtidar dini rituallara qadağa qoymaqla Azərbaycanda da İran tipli bir islam ölkəsinin yaradılması perspektivləri ilə demokratik dünyanı şantaj edir. İstənilən halda vurğulamaq yerinə düşər ki, son zamanlar ictimai müzakirələrdə ideologiya boşluğu dartışılan mövzuya çevrilib. Azərbaycam böyük sınaq qarşısındadır. Hədəfdə ən müxtəlif ideologiyaların nəzərdən keçirilməsidir. Bu, liberalizm də ola bilər, siyasi islam da. Qeyd edək ki, ötən illərlə müqayisədə bu gün siyasi islam kifayət qədər populyardır. Və siyasi islamın bu qədər populyar olmasının ən əsas səbəbi iqtidarın siyasi islahatlara getməməsidir. Az qala kütləvi hala çevrilən kasıbçılıq fonunda isə siyasi və radikal islamın meydana gəlməsi qaçılmazdır. Ac ölkədə islam və demokratik dəyərlər barədə çox az anlayışı olan Azərbaycan cəmiyyəti isə mötədil islamı anlamaya və radikal dinçilərə üz tuta bilər.

Göründüyü kimi, hakimiyyət qorxulu bir oyuna başlayıb və bu oyunun sonunda qalib elan olunmaya bilər. Bu gün Azərbaycan hakimiyyəti bütün narazılara radikal damğası vurmaqla cəmiyyəti daha da radikallaşdırır.

Son zamanlar hicab problemi xüsusilə gərginləşməkdə davam edir. Hicab problemi özünü qabarıq şəkildə 1999-cu ildən göstərməyə başladı - hicablı qadınların pasport üçün şəkil çəkdirməsində ciddi problemlər yarandı. Məhz həmin dövrdə Hacı İlqar İbrahimoğlunun təşəbbüsü ilə yüzlərlə qadın məhkəmələrə müraciət etdi, lakin bu məsələ hələ də öz həllini tapmayıb. Əgər 20 il öncə hicablı fotoşəkil çəkdirmək dindar qadınları xaricə getmək hüququndan məhrum edirdisə, bu gün minlərlə qadın təhsil almaq hüququndan məhrum olur.

Beləliklə, hakimiyyət islamçıları sıxışdırmaq siyasətini dava etdirir. Qanunlara edilən dəyişikliklər isə bir məqsədə - dini icmaları sıradan çıxarmağa yönəlib. Sıravi dindar elementar dini ritualları həyata keçirmək hüququndan məhrum olunub. Belə bir şəraitdə Azərbaycanda dini zəmində münaqişə yaratmaq o qədər də çətin görünmür. Bunu istər müsəlman ölkələri, istərsə də qeyri-müsəlman ölkələri həyata keçirə bilər...



A beleza do Islam. A beleza do Hijab.

                                                                          HICAB MESUMLARI                                                                           


                          Polis aksiya zamanı göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.            
HICAB AKSIYASI HICAB AZADLIGI AZERBAYCAN MUSTEQIL RESPUBLIKASI DEDIKDE MUSTEQIL NEZERDE TUTULUT BU MUSTEQILLIKDIR>>>>>>>>???????>>>>>>>>                         



HICAB     AZADLIGI       BUDUR     
 




 




 



  

keepitcovered:
keepitcovered:
moroccangypsy:
valenciabean:
kim kardashian in a hijab. About time
:P
I THOUGHT I WAS THE ONLY ONE THAT THOUGHT SHE LOOKED LIKE KIM OMG.
What happened to her tumblr?



 



BUNLARI MEKSEDI NEDIR



  

BUNLARI MEKSEDI NEDIR


  

BUNLARI MEKSEDI NEDIR


  

BUNLARI MEKSEDI NEDIR


  

BUNLARI MEKSEDI NEDIR


  

BUNLARI MEKSEDI NEDIR

thebeautyofhijabs:
HAD TO SHARE THIS.
Abdul Kareem
Some other pages in facebook shared this picture and they made sarcastic comments about this couple , they talked about them as they are acting like they are in a beach not in a holy place !!!But If we focus on the FEET of the man we will notice that he has only one foot , and his wife is helping him to walk so may Allah have mercy on her , yes it is a great love that must be respected not laughed at .[which goes to say never be to quick to “judge a book by it’s cover”] 

BUNLARI MEKSEDI NEDIR

 

HICAB QADININ NAMUSUDUR        

HICAB QADININ NAMUSUDUR

     

HICAB QADININ NAMUSUDUR           

HICAB QADININ NAMUSUDUR         

HICAB QADININ NAMUSUDUR        

HICAB QADININ NAMUSUDUR         

HICAB QADININ NAMUSUDUR            

HICAB QADININ NAMUSUDUR                 

HICAB QADININ NAMUSUDUR                

HICAB QADININ NAMUSUDUR          

HICAB QADININ NAMUSUDUR          

HICAB QADININ NAMUSUDUR                  

HICAB QADININ NAMUSUDUR

 
  Bugün 2 ziyaretçi (3 klik) kişi burdaydı! YA ALLAH TUT ELIMDEN ELIM BOSDUR
 
 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol